“Gənc istedadlar” liseyinin şagirdi ABŞ-da olimpiadada qızıl medal qazanıb

13/07/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin VI sinif şagirdi Sulduz Hacıyev ABŞ-ın Kolumbiya Universitetində keçirilən Beynəlxalq Kopernikus Olimpiadasında riyaziyyat üzrə qızıl medala layiq görülüb.

"Global Olympic Center"in təşkilatçılığı ilə keçirilən Beynəlxalq Kopernikus Olimpiadasının qlobal mərhələsində ölkəmizi  müxtəlif məktəblərdən seçilmiş 60 istedadlı şagirddən ibarət komanda təmsil edib.

Olimpiadanın açılış mərasimində komandamızın üzvləri Azərbaycan dövlət himninin sədaları altında səhnəyə çıxıblar. Azərbaycanlı riyaziyyatçılar beynəlxalq turnirdə 22 ölkə ilə yarışıb və ölkəmizin komandası 5 kateqoriya üzrə təmsil olunub.

“Gənc istedadlar” liseyinin VI sinif şagirdi Sulduz Hacıyev 12 yaş qrupunda olimpiadının qalibi olub, qızıl medala layiq görülüb.

Sonda olimpiada qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib.

Şagirdimizi təbrik edir və  uğurlar arzulayırıq!


Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026