"Gənc istedadlar" liseyinin şagirdi Avropa Fizika Olimpiadasında bürünc medal qazanıb

24/05/2022

Sloveniyanın paytaxtı Lyublyanada keçirilmiş Avropa Fizika Olimpiadasında Azərbaycan məktəbliləri uğurla çıxış edərək 4 bürünc və 1 həvəsləndirici mükafat qazanıblar.

Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki “Gənc İstedadlar” liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev, akademik Zərifə Əliyeva adına Liseyin XI sinif şagirdi Eşqin Alıyev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə və Bakı şəhəri 147 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Vaqif Əliyev bürünc medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Nicat Abbasov isə həvəsləndirici mükafata layiq görülüb.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026