“Gənc istedadlar” liseyinin şagirdi dünya olimpiadasında bürünc medala layiq görülüb

17/12/2019

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” lise-yinin IX sinif şagirdi Rəvsan Həbibullayev Qətərin paytaxtı Doha şəhərində keçirilən yeniyetmələr arasında təbiət elmləri fənni üzrə dünya olimpiadasında iştirak edib və bürünc medala layiq görülüb.

BDU-nun rektoru Elçin Babayev Rəvsan Həbibullayev, onun valideyni və “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırovla görüşüb.  R.Həbibullayevi qazandığı uğur münasibəti ilə təbrik edən rektor onun dərsləri, olimpiada hazırlığı ilə maraqlanaraq bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına inamını ifadə edib.

Rəvsan Həbibullayev görüş üçün təşəkkürünü bildirib və beynəlxalq olimpiadalarda öl-kəmizi layiqincə təmsil edəcəyinə çalışacağını vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildən BDU nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə qəbul olan Rəvsan Həbibullayev lisey şagirdləri arasında keçirilən müsabiqə və olimpiadalarda yüksək nəticələr göstərib, Respublika səviyyəsində keçirilən yarışmalarda iştirak edib. 2018-ci ildə keçirilən Respublika fənn müsabiqələrində uğurlu nəticə göstərək Fizika fənni üzrə bürünc medala layiq görülüb.  Təbiət fənlərinə olan böyük marağı və bu yolda daha səylə çalışmasının nəticəsi olaraq ötən il VIII sinif şagirdi olmasına baxmayaraq, IX siniflər arasında keçirilən Fizika fənn olimpiadasında da iştirak edib və final mərhələsinə yüksəlib.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar
07/05/2026