«Gənc istedadlar» liseyinin şagirdləri «İntellekt marafonu- 2009»-da uğurlar əldə etdilər

07/02/2009

Marafonda «XX1 əsr» liseyinin, «Avropa» liseyinin, «İntellekt» liseyinin, 18 saylı orta məktəbin, 7 saylı orta məktəbin II-VIII sinif şagirdləri ilə yanaşı Bakı Dövlət Universitetinin «Gənc istedadlar» liseyinin V-VIII sinif şagirdləri (cəmi 16 nəfər) də iştirak etdilər. Latviyanın Riqa şəhərindən olan «Maxima» liseyindən də qonaqların dəvət olunduğu marafon böyük maraq və bayram əhval ruhiyyəsi ilə başlandı. Belə ki, şagirdlərə verilən tapşırıqlar onların biliyi ilə yanaşı, hər bir şagirdin məntiqi düşüncə tərzini, təfəkkürünü aşkarlamağa imkan yaratmış olurdu. Marafonun gedişi zamanı keçirilən mətbuat konfransında «XX1 əsr» liseyinin direktoru Vəfa Məmmədova qeyd etdi ki, gənc nəslin inkişafını intellektsiz təsəvvür etmək mümkün olmadığından liseydə digər fənlərlə yanaşı «intellekt texnologiyası» fənni də tədris olunur. Daha sonra o, müəllimlərin, valideynlərin və media nümayəndələrinin suallarını cavablandırdı.
«Gənc istedadlar» liseyini təmsil edən 16 şagirddən 4 nəfəri - VII b sinif şagirdi Vüsal Məmmədov «Qələbəyə bir addım» nominasiyasında birinci yer tutaraq müvafiq diplomla, V c sinif şagirdi Gülər Əliyeva «Orijinal təfəkkür» nominasiyasında, VII r sinif şagirdi Ülviyyə Əliyeva və VIII r sinif şagirdi Əminə Kələntərli isə «İngilis dili öyrənirik» nominasiyasında fərmanlara layiq görüldülər.
Marafonun treninqlərində iştirak edən Liseyin təşkilati işlər üzrə direktor müavini Məleykə Bayramova, müəllimlərdən Fəridə Əkbərova, Rəfiqə Aslanova müvafiq sertifikatla təltif olundular.
Marafon iştirakçılarının mükafatlandırılması mərasimində iştirak edən təhsil naziri Misir Mərdanov qalibləri diplomlarla təltif edərək, tədbirin əhəmiyyətindən söz açdı. Belə tədbirlərin axırıncı deyil, axarıncı olmasını arzuladı.

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025