“Gənc istedadlar” liseyinin şagirdləri BDU-nu ziyarət ediblər
04/04/2025
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin VII sinif şagirdləri BDU-nu ziyarət ediblər. Şagirdlər BDU-nun Heydər Əliyev muzeyi, Heydər Əliyev lektoriyası, Təkamül muzeyi, Universitetin unikal layihəsi olan “EKO Məkan”da olublar.
Şagirdlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.
Sonda şagirdlər BDU-nun yeni təmir olunmuş 2 saylı tədris binasında yaradılan şəraitlə tanış olublar.




Xəbərlər
BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
