“Gənc istedadlar” liseyinin şagirdləri Beynəlxalq MEB robot yarışmasında iştirak ediblər

23/05/2017

BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri Konyada keçirilən 11-ci Beynəlxalq MEB robot yarışmasında iştirak ediblər.

Liseyin informatika müəllimi Zəhra Qasımovanın rəhbərliyi ilə BDU-nun SABAH qruplarının tələbələri Aytac Ağabəyli, Günay Abdulalyev və liseyin şagirdləri Almaz Ömərov, İmran Cəbrayılov hazırladıqları “TECHSOS” layihəsi ilə yarışa qatılıblar.

Qeyd edək ki, 80 layihə içərisində 6-cı yerin sahibi olan "TECHSOS" layihəsi 65 yaşlı insanların və xəstələrin yıxılmadan əziyyət çəkmələrinin qarşısını almaq və vaxtında erkən yardımla təmin edilməsi məqsədilə mobil tətbiq və cihazdan ibarətdir. Cihaz yıxılmanı təyin edir və kəmər nahiyyəsinə taxılmalıdır. Xəstə insan yıxılma zamanı ona nəzarət edən şəxslərə xəbərdarlıq göndərmək üçün əvvəlcədən mobil tətbiqdə istifadəçi kimi qeydiyyatdan keçib cihaza bluetooth vasitəsi ilə bağlanmalıdır. Belə ki yıxılma zamanı cihaz yıxılma haqqında məlumatı bluetooth vasitəsi ilə telefona göndərdikdən sonra mobil tətbiq vasitəsi ilə yıxılma məlumatı və cari yerinin koordinatları nəzarət edən şəxslərə göndərilir. Əgər yıxılma baş verməyibsə lakin istifadəçi hər hansı bir hadisə ilə bağlı köməyə ehtiyacı varsa bu zaman cihaz üzərinədəki düymədən istifadə edərək nəzarətçilərə xəbərdarlıq göndərə bilər. Digər tərəfdən istifadəçinin müəyyən vəziyyətlə bağlı olaraq cihaza əli çatmırsa mobil tətbiqdə yerləşdirilmiş düymədən istifadə edərək kömək çağıra bilər. Nəzarətçi istənilən vaxt izlədiyi şəxsin yerini təyin edə və yıxılma ilə bağlı tarixçəyə baxa bilər. İstifadəçi nəzarətçilərin sayını artırıb azalda bilər.

Mətbuat və informasiya şöbəsi, 23 may 2017-ci il.

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023