“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” IX respublika müsabiqəsinin qalibi olublar

14/02/2020

“Sabahın alimləri” IX Respublika Müsaqibəsinin bağlanış mərasimi keçirilib və qaliblər mükafatlandırılıb. Mükafatlandırılan qaliblər arasında BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinın şagirdləri xüsusi fərqləniblər. Onlardan X sinif şagirdləri İsazadə Məhəmməd və Qasımov Kənan kompyuter elmləri üzrə birinci yerin sahibi olublar.

IX sinif şagirdləri Əkbərli Fidan və Seyidli Elcan kimya, IX sinif şagirdləri Hacıyev Fərhad və Orucova Nərgiz tibb və sağlamlıq, IX sinif şagirdləri Məmmədov Vaqif və İskəndərli Rəcəb ekologiya, ətraf mühitin idarə olunması istiqaməti üzrə ikinci sırada qərar tutublar. X sinif şagirdləri Abbasov Şamil və Qayıbov Kamran kimya, X sinif şagirdləri Budaqov İlham və Məmmədli Zəhra kompyuter elmləri, XI sinif şagirdləri Ələkbərov Uğur və Əliyev Abasqulu fizika, astronomiya istiqaməti üzrə üçüncü yerə layiq görülüblər. XI sinif şagirdləri Xəlilova İlahə və Rəhimli Nuranə biologiya istiqaməti üzrə xüsusi mükafat alıblar.

Qeyd edək ki, bu il müsabiqədə iştirak etmək üçün 15 şəhər və rayon məktəblərində təhsil alan 454 şagird 258 layihə ilə müraciət edib. Onlardan 187 elmi layihə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak hüququ əldə edib. Müsabiqədə iştirak edənlərin 112-si 9-cu, 129-u 10-cu, 86-sı isə 11-ci sinif şagirdləridir. 187 layihədən 47-si fərdi, 140-ı kollektiv layihələrdir.

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026