"Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XII Respublika müsabiqəsinin qalibləri sırasında

15/02/2023

Fevralın 15-də “Sabahın alimləri” XII Respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev təbrik nitqi ilə çıxış edib.

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri müsabiqədə xüsusi fərqləniblər. Onlardan XI sinif şagirdləri Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya, Ayaz Ömərli və Ömər İbrahimov isə kimya istiqaməti üzrə I yerə layiq görülüblər.

X sinif şagirdi Camal Axundov biologiya istiqaməti üzrə II yeri qazanıb.

X sinif şagirdləri Cəfər Cəfərov və Aytac Əliyeva biologiya, IX sinif şagirdi Ərhun Abdullazadə isə fizika və astronomiya istiqaməti üzrə üçüncü yerə layiq görülüblər.

XI sinif şagirdi Fidan Ruhullayeva və X sinif şagirdi Xuraman Yəhyazadə biologiya istiqaməti üzrə xüsusi mükafata sahib olublar.

Şagirdlərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026