“Gənc istedadlar” liseyinin uğurları ilə seçilən bir qrup şagirdi ilə görüş
14/07/2022
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin uğurları ilə seçilən bir qrup şagirdi ilə görüşüb.
Rektor son illər “Gənc istedadlar” liseyində tədrisin yüksək səviyyədə təşkili ilə bağlı görülən işləri qeyd edib, bunun nəticəsində şagirdlərin beynəlxalq və yerli olimpiadalarda uğurlarının ildən-ilə çoxaldığını vurğulayıb. Elçin Babayev Liseyin builki məzunları – 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasının qalibi Nəriman Şirinli və 5-ci Avropa Fizika Olimpiadasının qalibi Rəfsan Həbibullayevi digər şagirdlərə nümunə göstərib, bütün şagirdlərə təhsillərində uğurlar arzulayıb, valideynlərə təşəkkür edib.
Daha sonra rektor şagirdlərə hədiyyələr təqdim edib.
Xəbərlər
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
