«Gənc istedadlar» litseyində bayram mərasimi keçirildi

15/09/2008

Sentyabrın 15-də Bilik günü münasibətilə Universitetimizin nəzdində fəaliyyət göstərən «Gənc istedadlar» litseyində bayram mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan litseyin direktor müavini Çingiz Cəlilov iştirakçıları yeni dərs ili münasibətilə təbrik etdi. Dövlət himni səsləndikdən sonra litseyin direktoru Qasım Hüseynov çıxış edərək rəhbərlik etdiyi tədris müəssisəsinin fəaliyyətindən danışdı, bildirdi ki, litseynin 8-9-cu siniflərində 460 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 65 müəllim məşğul olur. «Gənc istedadlar» litseyinin cəmi bir illik fəaliyyəti ərzində qazandığı uğurların az olmadığını söyləyən Qasım müəllim ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi münasibətilə keçirilən müxtəlif nominasiyalı intelekt yarışlarında liseyin şagirdlərinin fəxri yerlər tutduğunu respublika fənn olimpiadalarında uğurlar qazandığını söylədi. Qeyd edildi ki, «Gənc istedadlar» liseyi BDU-nun rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü ilə yaradılmışdır. Liseyin vəzifəsi dərin biliyə, yüksək insani keyfiyyətlərə malik. Vətənə, torpağa bağlı layiqli vətəndaşlar hazırlamaqdır. Müəllimlər təhsil ocağına müsabiqə yolu ilə seçilirlər. Xarici dillərin tədrisinə də xüsusi diqqət yetirilir. Tədris müəssisəsində fənn laboratoriyaları, idman, akt və kompüter zalları fəaliyyət göstərir. Bu il liseyə 160 şagirdin qəbul olunması nəzərdə tutulmuşdur. Qəbul üçün keçirilən müsabiqədə 1330 nəfər iştirak etmişdir. Şagirdlərdən Rəna Şıxıyeva və Vüsal Məmmədov çıxışlarında bildirdilər ki, BDU-nun nəzdində «Gənc istedadlar» liseyinin fəaliyyət göstərdiyini eşidəndə çox sevindik. Ona görə ki, birillik fəaliyyəti dövründə bu tədris müəssisəsi xeyli uğurlar əldə etmişdi. Liseyə qəbul olmaq məqsədilə sənədlərimizi komissiyaya təqdim etdikdə imtahanların obyektiv keçirilməsinə çox inamlı idik və biz artıq liseyin şagirdləriyik. Çalışacağıq ki, müəllimlərimizin ümidini doğruldaq. Tədbirdə çıxış edən valideynlər adından Aynur Əhmədova və Hüseynağa Sultanov təhsil ocağında yaradılan şəraitə və xüsusilə imtahanların obyektiv keçirilməsinə görə liseyin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda ilk zəngin sədaları altında şagirdlər siniflərə daxil oldular.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024