Gənc nəslin sağlam yetişməsi üçün dəyərli kitablar

10/03/2011

Bu gün Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində tibb elmləri doktoru, professor Maksud Səfər oğlu Qasımovun Bakı şəhəri aqlomerasiyası əhalisinin və Azərbaycan əhalisinin istirahət (rekreasiya) təminatına, problemlərinə həsr olunmuş bir sıra qiymətli əsərlərinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Maksud Qasımovun müəllifi olduğu məktəblilərin gigiyenik tərbiyəsi üzrə metodiki göstəriş, Azərbaycanda orta ümumi təhsilin yeniləşdirilməsi və maarifləndirmə texnologiyasının tibbi-gigiyenik cəhətləri, 100 il hədd deyil, Sağlam həyat tərzi uğrunda və s. əsərlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu əsərlərə tanışlıq müəllifin gənc nəslin sağlam yetişməsinə, vətənə sadiq vətəndaşlar olması işinə böyük töhfədir.

Çıxış edən professor Maksud Qasımov kitablarının təqdimatı üçün yaradılmış şəraitə görə rektora təşəkkür edib. Bildirib ki, işlədiyi bütün vəzifələrdə, qələmə aldığı bütün əsərlərdə onu bir məqam düşündürüb – gənc nəslin sağlam yetişməsi.

Daha sonra çıxış edənlər – «Azərsun» Holdinq Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Kazım Babayev, kafedra müdirləri - Həbibə Soltanova və Şövqi Göyçaylı kitabların əhəmiyyətini xüsusi qeyd edib, müəllifə elmi yaradıcılıq uğurları arzulayıblar.

Mətbuat və İnformasiya şöbəsi, 10 mart, 2011-ci il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026