Gənc İstedadlar» liseyində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

18/01/2016

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən «Gənc İstedadlar» liseyində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirsəini 1 dəqiqəlik sükutla yad ediblər.
20 Yanvar faciəsinin Azərbaycan xalqının qan yaddaşına yazılmış qəhrəmanlıq salnaməsi olduğunu deyən liseyin direktoru, professor Qasım Hüseynov yanvar gecəsində Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizənin dəhşətlərindən bəhs edib. 
Sonra BDU-nun dosenti Nuru Məmmmədov məruzə edib. Tarixçinin maraqlı məruzəsindən məlum olub ki, son arxiv araşdırmalara görə, yanvar olaylarında əslində 147 respublika vətəndaşı şəhid olub.

Daha sonar liseyin 7 A sinif şagirdləri Abbas Cavidan, Ləman İsmayılova və Məsmə Fərhadova 20 Yanvar hadisəsi ilə bağlı şeirlər söyləyiblər.

Mətbuat və informasiya şöbəsi, 18 yanvar 2016-cı il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026