"Gənc İstedadlar" liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb
23/12/2020
Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyinin X sinif şagirdi Nəriman Şirinli 16-22 dekabr tarixlərində Moskva şəhərinin təşkilatçılığı ilə virtual formada V Beynəlxalq Meqapolislər Olimpiadasında qaliblər sırasındadır.
Dünyanın 31 meqapolisinin iştirak etdiyi və fizika, kimya, riyaziyyat, informatika fənləri üzrə təşkil edilən beynəlxalq olimpiadada kimya fənni üzrə Nəriman Şirinli bürünc medala layiq görülüb.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri “Azercell” Telekom şirkətinin dəstəyi ilə həyata keçirilir.
Şagirdimizi bu munasibətlə təbrik edir, gələcək fəaliyyətində uğurlar diləyirik.

Xəbərlər
BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
