"Gənc İstedadlar Liseyi"nin şagirdləri Polad Həşimovun xatirəsini andılar

02/11/2021

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc İstedadlar Liseyi"nin 6b sinif şagirdləri İkinci Fəxri Xiyabanda 8 noyabr - Zəfər Gününə həsr olunmuş anım tədbiri keçiriblər. Xiyabanın girişində Dövlət Himninin ifası ilə başlayan tədbirdə şagirdlər - Gülər, İsmayıl, Arzu, Ağabəy və başqaları Milli Qəhrəman, şəhid general Polad Həşimovun və şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər. Sonra sinf kolletivi Polad Həşimovun xatirəsinə bəstələnmiş, "Generalım", Zəfər Gününə həsr olunmuş "Qələbə" mahnılarını birgə ifa etdilər.

Şagirdlərin hazırladığı tədbir Fəxri Xiyabana ziyarətə gələn paytaxt sakinlərinin də marağına səbəb oldu, ətrafda dövrə vurub uşaqları dinlədilər, foto, video çəkdilər.

Daha sonra anım tədbiri Polad Həşimovun məzarı üzərində davam etdirildi. Şagirdlər əllərindəki qərənfilləri generalın məzarı üzərinə düzüb onun xatirəsini sayğı ilə andılar. Sinf rəhbəri Gülşən Əliyeva uşaqlar qarşısında nitq söylədi, 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyini rəşadətli mübarizəni anlatdı. "Sizlər qəhrəman şəhidlərimizin, igid əsgərlərimizin davamçılarsınız. Biz daim onların xatirəsini uca tutub, qəlbimizdə yaşadacağıq. Bu möhtəşəm qələbə bizim şanlı tariximizin iftixar səhifəsidir, Allah onu bizə bəxş edən, bu yolda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!" - deyə sinif rəhbəri çıxışını bitirdi.

Daha sonra şagirdlər Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib xatirə fotoları çəkdirdilər.

https://azpolitika.info

Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026