Gənclər Fondunun icraçı direktoru və ATGTİ-nin sədri BDU tələbələri ilə görüşüblər

29/11/2019

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədovun tələbələrlə görüşü keçirilib.

BDU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan görüşdə Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov məzunu olduğu universitetdə tələbələrlə görüşməkdən məmnunluğunu ifadə edib. O, Gənclər Fondu tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib, ənənəvi qrant müsabiqələri, layihələrin maliyyəşdirilməsi, “Gəncup” mobil tətbiqi, təhsil proqramları, startap ideyalarına dəstəyin göstərilməsi, gənclərin xaricdə təcrübə proqramları və beynəlxalq tədbirlərdə iştirakları üçün həyata keçirilən qrant layihələri haqqında danışıb. Bölgələrdə fəaliyyət göstərən Gənclərin inkişaf və karyera mərkəzlərinin fəaliyyətindən bəhs edən Fərid Cəfərov, eyni zamanda, tələbələrə Gənclər Fondu və Asan Xidmətin birgə “Gənclik” layihəsi, “Gənc könüllü” proqramı haqqında da məlumat verib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov çıxışında  dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində Tələbə Gənclər Təşkilatlarının fəaliyyətindən danışıb, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onları fəal iştirak etməyə dəvət edib.

Görüş tələbələri məlumatlandıran sualların cavablandırılması və təkliflər ətrafında müzakirələrin aparılması ilə başa çatıb.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026