“Gürcüstan Ahıska türklərindən “Koroğlu” dastanı” kitabı Ərzincan Universitetində təqdim edilib

15/05/2017

Türkiyənin Ərzincan Universitetində Beynəlxalq Ahıska Türkləri Simpoziumu keçirilib. Ahıska türkləri ilə bağlı tədqiqat aparan alimlər və mütəxəssisləri bir araya gətirmək məqsədi daşıyan simpoziumda Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova iştirak edib. Simpoziumda “Gürcüstan Ahıska türklərindən “Koroğlu” dastanı” adlı məqalə ilə məruzə edən alim eyni adlı kitabın tədqimatını keçirib. Qeyd edək ki, bu kitab 1929-cu ildə professor Vəli Xuluflu tərəfindən nəşrə hazırlanıb və latın əlifbası ilə çap olunub. 1937-ci il repressiyası zamanı Vəli Xuluflunun əsərlərinin əksəriyyəti məhv edilib. Qeyd edilən əsəri ilk dəfə 1998-ci ildə üzə çıxaran professor Yeganə İsmayılova 2017-ci ildə yenidən nəşrə hazırlayıb.

Mətbuat və informasiya şöbəsi, 15 may, 2017-ci il.

 

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026