Gürcüstan EA-nın akademik katibi BDU-da olub

07/06/2012

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Gürcüstan Elmlər Akademiyasının akademik katibi Givi Tsintsadzeni qəbul edib.
Əvvəlcə rektor, akademik Abel Məhərrəmov Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin ümummilli lider Heydər Əliyevin dövründə mökəmləndiyini və bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində daha da inkişaf etdiyini vurğulayıb. Akademik BDU-nun tarixi və bu günü barədə məlumat verərək, ölkələr arasında təhsil və elm sahəsindəki əməkdaşlığın önəmli olduğunu nəzərə çatdırıb, universitetdə kimya elminin inkişafına  xüsusi önəm verildiyini bildirib.
Givi Tsintsadze Azərbaycan alimləri ilə ötən əsrin 50-ci illərindən başlamış və bu günə qədər davam edən əlaqələrdən danışıb. Qonaq Gürcüstan universitetləri və onların ölkədə kimya elminin inkişafına verdiyi töhfələrdən bəhs edib.

Görüşdə BDU və Gürcüstan kimyaçıları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Qonaq Heydər Əliyev Muzeyində, BDU-nun laboratoriya və elmi-tədqiqat mərkəzlərində olub.
Givi Tsintsadze - görkəmli alim, müəllim və elm təşkilatçısı, kimya elmləri doktoru, professor, Gürcüstan Elmlər Akademiyasının akademiki, Gürcüstan və Ukrayna Dövlət mükafatı laureatıdır.  O, 550 monoqrafiya, dərslik və patent müəllifidir.

Mətbuat və İnformasiya şöbəsi, 7 iyun, 2012-ci il

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026