Gürcüstan MEA-nın Şərqşünaslıq İnstitutunun direktoru BDU-da

07/05/2015

Gürcüstan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Apollon Silaqadze və həmin institutun elmi katibi Nino Ecibadze Bakı Dövlət Universitetində olub.  Qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib,  tarixi, beynəlxalq əlaqələri, ikitərəfli əməkdaşlıq proqramları, xarici universitetlər və assosiasiyalarla birlikdə görülən işlərdən  bəhs edib.

Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizovun da iştirak etdiyi görüşdə ikitərəfli əlaqələrin qurulması, əməkdaşlıq müqaviləsinin bağlanması kimi məsələlər müzakirə olunub.

Sonda rektor Abel Məhərrəmov qonaqlara xatirə hədiyyələri təqdim edib.

Mətbuat və informasiya şöbəsi 06 may 2015-ci il.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026