Görkəmli ədəbiyyatşünas Həmid Araslinin 100 illik yubileyi qeyd olundu

11/03/2009

Görkəmli ədəbiyyatşünas Həmid Araslinin 100 illik yubileyi qeyd olundu
Elə tarixi şəxsiyyətlər, qüdrətli simalar var ki, onlar cismani yoxluqlarından sonra belə böyük millət və məmləkət naminə yaşadıqlarını, eyni zamanda var olduqlarını təsdiq edə bilirlər. Bu qüdrətli simalardan biri də klassik Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçılarından biri, adı tarixə "Kitabi-Dədə Qorqud" dastanın ilk araşdırıcısı kimi yazılan, Bəkir Çobanzadə, Salman Mümtaz kimi folklor örnəklərinin mahir bilicisi hesab olunan, Türk Dil Qurumunun həqiq üzvü, İraq Elmlər Akademiyasının fəxri üzvü, İordaniya Kral Cəmiyyətinin həqiqi üzvü, Azərbaycan və Özbəkistan respublikalarının əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas, akademik Həmid Məmmədağa oğlu Araslıdır.
Martın 11-də AMEA-nın Rəyasət Heyətinə toplaşan böyük alimlər, ictimai xadimlər bu müdrik şəxsiyyətin, qüdrətli ədəbiyyatşünas, tədqiqatçı, müəllim və mütərcimin 100 illik yubileyini qeyd etməklə yanaşı onun çoxşaxəli fəaliyyətindən, milli vətənpərvərlik hisslərinin formalaşmasındakı rolundan, milli özünüdərk və yaddaşa qayıdış ideologiyası istiqamətində gördüyü işlərdən söz açdılar. Tədbirdə çıxış edən AMEA -nın prezidenti, akademik Mahmud Kərimov, AMEA-nın müxbir üzvü, professor, millət vəkili Rafael Hüseynov, filologiya elmləri namizədi Fəridə Qafqazlı görkəmli alimin bu gün də öz dəyərini və çəkisini saxlayan əsərlərinin mahiyyətindən danışdılar. Adı tarixə klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı, eyni zamanda böyük müəllim, ictimai xadim, Nizami adına Ədəbiyyat İnstitutunun qüdrətli direktorlarından biri, Bakı Dövlət Universitetinin professoru kimi yazılan alimin təkcə respublikamızda deyil, onun hüdudlarında da ehtiramla yad olunduğunu, xatırlandığını söylədilər.

Xəbərlər

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq
01/09/2026

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib
01/09/2026