Görkəmli elm xadimlərinin şəxsi kitabxanaları BDU-nun Elmi Kitabxanasına hədiyyə olunub

14/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının fondunun zənginləşdirilməsində uzun illər BDU-da çalışmış, elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş ziyalıların, elm və mədəniyyət xadimlərinin şəxsi kitabxanalarının hədiyyə edilməsi mühüm yer tutur.
Son iki ildə AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor İsmət Nəcəfovun, tanınmış şərqşünas alim, akademik Vasif Məmmədəliyevin (432 nüsxə), bədii tərcüməçi və ədəbiyyatşünas alim, professor Pənah Xəlilovun (430 nüsxə), kitabxanaşünaslıq elminin banisi, professor Abuzər Xələfovun (600 nüsxədən çox), kitabşünas alim, professor Bayram Allahverdiyevin (300 nüsxə) şəxsi kitabxanaları yaxınları tərəfindən Elmi Kitabxanaya bağışlanıb.  
BDU-nun professor-müəllim heyətindən Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mikayıl Cəfərov (500 nüsxədən çox), Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova (1500 nüsxədən çox) və başqaları şəxsi kitabxanalarından qiymətli nəşrləri Elmi Kitabxanaya hədiyyə ediblər.

Xəbərlər

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026

Milli birlik və həmrəylik bayramı

Milli birlik və həmrəylik bayramı
31/12/2025