Görkəmli folklorşünas alim Azad Nəbiyev vəfat edib

15/02/2012

Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, əməkdar müəllim Azad Nəbiyev vəfat edib. Mərhum vəsiyyət etdiyi kimi anadan olduğu Qubanın II Nügədi kəndində dəfn edilib. A.Nəbiyev 1945-ci il aprelin 20-də anadan olub. Qubanın II Nügədi kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlayıb, "Gənclik" nəşriyyatında redaksiya müdiri, Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb. "Dirçəliş və Tərəqqi Partiyası"nın sədri olub. "Koroğlu dastanı" mövzusunda namizədlik dissertasiyası, "Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsinin mətninin sadələşdirilib nəşr etdirilməsi də onun adı ilə bağlıdır. "Azərbaycan dastanları", "Nəğmələr, inanclar, alqışlar, adətlər", "Alqışlar, adətlər, nəğmələr", "Koroğlu dastanı" kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifıdir.

Allah rəhmət eləsin!

Mətbuat və İnformasiya şöbəsi, 15 fevral 2012-ci il.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026