Görkəmli türkoloq Bəkir Çobanzadənin 125 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilib

25/06/2018

Beynəlxalq Mətbuat Mərkəzində “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin təşəbbübü və Bakı Dövlət Universiteti Filologiya fakültəsinin dəstəyi ilə görkəmli türkoloq, professor Bəkir Çobanzadənin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş «Azərbaycan dili: dünən və bu gün» mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Konfransın açılış mərasimində Azərbaycanın tanınmış dilçi alimləri, müəllimlər, tələbələr və gənc tədqiqatçılar iştirak edib.

Konfransa Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Bosniya-Hersoqovina və Qırğızıstanın müxtəlif elm və təhsil müəssisələrindən ümumilikdə 170 məqalə təqdim olunub. Onlardan 128-i təşkilat komitəsi tərəfindən çapa tövsiyə edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Açılış nitq ilə çıxış edən “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Saday Vəliyev təşkilatın son illər həyata keçirdiyi layihələrdən və BDU-nun Filologiya fakültəsi ilə uğurlu əməkdaşlıqdan söz açıb. Bildirib ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsinə layihə şəklində təqdim edilib və qalib gəlib.

BDU-nun Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Bəkir Çobanzadənin dilçi və ədəbiyyatşünas alim kimi Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən, Azərbaycan dilinə göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, Azərbaycanda filologiyanın təşəkkülü və inkişafı, əsasən, Bakı Dövlət Universitetinin yaradılması ilə bağlıdır. Azərbaycanda dilçi və ədəbiyyatşünas kadrların hazırlanmasında Universitetin Filologiya fakültəsinin müstəsna xidmətləri olub.

BDU-nun “Türkoloji araşdırmalar” ETL-in  kiçik elmi işçisi, Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazovun konfrans barəsində hesabat xarakterli çıxışından sonra “Bəkir Çobanzadə” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən qonaqlar – AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, Gəncə Dövlət Universitetindən professor Yadigar Əliyev və dosent Afaq Yusifli, Azərbaycan Texniki Universitetinin professoru Əzizə Mikayılova, BDU-nun dosenti Qızılgül Abdullayeva və BDU-nun tələbəsi Təranə Qocayeva Bəkir Çobanzadə irsinin aktuallığından, Azərbaycanda dilçiliyin inkişafına dövlət qayğısından, qarşıda duran əsas vəzifələrdən, gənclərin elmi tədqiqat işlərinə cəlb olunmasının zəruriliyindən söz açıblar.

Sonda konfransın təşkil olunmasında yaxından iştirak etmiş BDU-nun bir qrup müəllim və tələbəsinə “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyi adından təşəkkürnamələr təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 25 iyun 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024