Harvard Kennedy Məktəbinin dekanı Bakı Dövlət Universitetində olub

16/09/2017

Harvard Kennedy Məktəbinin Tələbə seçimi və qəbulu üzrə  dekanı Aleksandra Martinez Bakı Dövlət Universitetində olub. BDU ilə əyani tanışlıqdan sonra rektor,  akademik Abel Məhərrəmov qonağı qəbul edib. Qonağı universitetdə görməkdən məmnunluğunu ifadən rektor BDU, o cümlədən, ali təhsil ocağının  beynəlxalq əlaqələrindən danışıb.  Harvard Kennedy Məktəbi ilə elm-təhsil müstəvisində əməkdaşlığın, tələbə mübadiləsinin əhəmiyyətini vurğulayan akademik Abel Məhərrəmov  bu sahədə birgə  layihələrin vacibliyini qeyd edib.

Dekan Aleksandra Martinez, öz növbəsində,  BDU-nun onda xoş təəssürat yaratdığını bildirib və təmsil etdiyi təhsil müəssisəsi barədə ətraflı məlumat verib. Tələbə seçimi və qəbulu sahəsində 20 ildən artıq təcrübəsi olduğunu deyən qonaq, BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.  Görüş zamanı perspektiv layihələr müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 16 sentyabr 2017-ci il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026