“Heydər Əliyev - müstəqil Azərbaycanın xilaskarı və qurucusu” onlayn esse müsabiqəsinin nəticələri açıqlanıb

01/07/2021

Bakı Dövlət Universitetinin tələbə və magistrantları arasında keçirilən “Heydər Əliyev - müstəqil Azərbaycanın xilaskarı və qurucusu” onlayn esse müsabiqəsinin nəticələri açıqlanıb.

Komissiya üzvlərinin qərarına əsasən birinci yerə Filologiya fakültəsinin IV kurs tələbəsi Nigar Əliyeva, ikinci yerə Jurnalistika fakültəsinin I kurs tələbəsi Nəzrin Gəncəliyeva, üçüncü yerə isə Sosial elmlər və psixologiya fakültəsinin II kurs tələbəsi Aytac Rizvanova layiq görülüb.

Qaliblər müvafiq olaraq, I yer 300 manat, II yer 250 manat, III yer 200 manat pul mükafatı və diplomla təltif ediləcək, esselər BDU-nun rəsmi saytı, sosial media hesablarında dərc olunacaq.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026