“Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi”

12/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi” mövzusunda görüş keçirilib.

BDU-nun Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsinin örənilməsinin hər bir azərbaycanlı, xüsusən də gənc jurnalistlər üçün mühüm əhəmiyyət daşıdığını deyib. Bildirib ki, informasiya müharibəsi dövründə müasir və müstəqil Azərbaycanın tarixi və o tarixi yaradan böyük şəxsiyyət haqqında məlumatlı olmaq əsas şərtdir: “Ulu Öndərin xatirəsi hər bir vətəndaşımızın qəlbində əbədi yaşayacaq və bir məktəb kimi öyrəniləcək”.

“Xalq qəzeti”nin baş redaktorunun müavini, Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu Ulu Öndərlə bağlı xatirələrindən söz açıb. Ümummilli Liderin jurnalistlərə, mətbuat orqanlarına verdiyi dəyərdən, onun medianın inkişafındakı əvəzsiz rolundan danışaraq bildirib ki, bu irsi düzgün anlamaq və gələcək nəsillərə çatdırmaq hər bir media nümayəndəsinin borcudur: “Mediamızın müasir inkişaf konsepsiyasının əsası jurnalistlərin dostu olan Heydər Əliyev tərəfindən qoyulub. Bu baxımdan həmin siyasəti öyrənmək və dərindən təhlil etmək həm də gələcəyə işıq salır”.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov müəllifi olduğu “Heydər Əliyev xatirələr işığında” kitabı haqqında tələbələrə məlumat verib. Ulu Öndərin zəngin siyasi irsinin yalnız dövlətçilik sahəsində deyil, mətbuatın formalaşmasında da mühüm rol oynadığını deyib.

Görüş qarşılıqlı fikir mübadiləsi və tələbələrin sualları ilə davam edib. Sonda Əflatun Amaşov müəllifi olduğu “Heydər Əliyev xatirələr işığında” kitabını tələbələrə hədiyyə edib.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026