“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda tədbir keçirilib

19/11/2021

YAP Yasamal rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümumilli lider Heydər Əliyevin büstünün üzərinə qızılgül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və daha sonra Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qonaqları salamlayaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi münasibətilə partiyanın təmsilçilərini təbrik edib. Daha sonra çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər keçdiyi çətin yoldan danışıb.
Tədbirdə Bakı Dövlət Universitetinın rektoru Elçin Babayev çıxış edərək Yeni Azərbaycan Partiyasının gələcək hədəflərindən, Prezident İlham Əliyevin bu istiqamətdə keçirdiyi islahatlardan bəhs edib. Rektor bildirib ki,  2021-ci ilin noyabr ayının 21-də Azərbaycanın  monolit  siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaranmasından 29 il ötür. Xalqımızın son dərəcə ağır və təlatümlü vaxtlarında ölkəmizin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında millətini, millətinin gələcək taleyini düşünən Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyası şərəfli bir tarixi yol keçmişdir. Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi olub. Ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyətin qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü iqtisadiyyat yaratmaqdan əsas hədəf seçilib. Yeni Azərbaycan Partiyası bu 29 ildə öz məqsədlərinə sadiq səmərəli fəaliyyət göstərib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü və partiyadakı ictimai-siyasi fəaliyyətlərinə görə bir sıra şəxslər Fəxri fərman və diplomlarla təltif olunub.
Tədbir bədii hissə ilə davam edib.

 

Xəbərlər

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir
19/06/2025

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb
19/06/2025

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş
18/06/2025