Heydər Əliyev məktəbinin növbəti məşğələsi keçirilib

05/05/2010

Mayın 5-də Bakı Dövlət Universitetində Heydər Əliyev məktəbinin ulu öndərin 87-ci ildönümünə həsr olunmuş növbəti məşğələsi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ulu öndərin ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib, qüdrətli Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb.

Akademik dahi rəhbərin elmin, təhsilin inkişafına, alimlərin sosial vəziyyətinin daha da yaxşılaşmasında hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, həmin siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də diqqətə çatdırıb.

YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov müstəqil dövlətimizin yaranmasında, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb. Xalqın tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızın xaos və parçalanmadan xilas olduğunu söyləyən natiq, bir daha müdrik dövlət xadiminin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib. YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov da ulu öndərin xalqımız və dövlətimiz üçün gördüyü işlərdən bəsh edib.

Tədbir BDU-nun xeyli sayda əməkdaşı və tələbəsinin YAP-a üzv qəbul  olması ilə başa çatıb.


Mətbuat xidməti


Xəbərlər

BDU-da “Azərbaycan və qütb tundrası florasının müqayisəli analizi” mövzusunda ustad dərsi

BDU-da “Azərbaycan və qütb tundrası florasının müqayisəli analizi” mövzusunda ustad dərsi
06/03/2026

BDU-da elmi seminar: “Bioloji modellərin tətbiqində süni intellektin imkanları”

BDU-da elmi seminar: “Bioloji modellərin tətbiqində süni intellektin imkanları”
06/03/2026

BDU və Dövlət Ehtiyatları Agentliyinin nümayəndələri arasında görüş

BDU və Dövlət Ehtiyatları Agentliyinin nümayəndələri arasında görüş
06/03/2026