“Heydər Əliyev və folklor” mövzusunda elmi seminar

11/05/2016

Bakı Dövlət Universitetinin filologiya fakültəsində “Heydər Əliyev və folklor” mövzusunda elmi seminar keçirilib. Müəllim, magistr və tələbələrin iştirakı ilə keçirilən seminarı açan dekan, dosent Məhərrəm Vəliyev ümummilli lider Heydər Əliyevin siyasi irsindən, ədəbiyyata diqqətindən danışıb. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova elmi seminarın vacibliyinə diqqət çəkərək ulu öndər Heydər Əliyevin ədəbi prosesin inkişafı üçün yaratdığı əvəzsiz rolundan söz açıb. Sonra kafedranın magistrantları mövzu ətrafında məruzələr ediblər. Aşıq Samirin Heydər Əliyevlə bağlı ifası,dahi liderin həyatı ilə bağlı video çarxlar seminara rəng qatıb. Sonda professor Leyla Gərayzadə ulu öndərlə bağlı xatirələrindən danışıb.

Mətbuat və informasiya şöbəsi, 11 may 2016-ci il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026