“Heydər Əliyev-Hər aforizm bir sərlövhə” layihəsinin qalibləri mükafatlandırılıb

22/09/2014

Yasamal rayon Heydər Əliyev mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Heydər Əliyev-Hər aforizm bir sərlövhə” layihəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Həlimə Tağıyevanın rəhbərliyində reallaşdırılan layihə barədə layihə kordinatoru İlkin Şərifov məlumat verib. Tədbirin təşkilatçısı İlkin Şərifov lahiyənin əhəmiyyətinə diqqət çəkərək qalibləri və bütün iştirakçıları təbrik edib. Tədbirdə çıxış edən Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov layihənin çox önəmli olduğunu vurğulayıb və gəncləri bu yöndə daha geniş əhatəli layihələrə səsləyib. Sonra ekspert Sahil Hacıyev layihənin məqsədinin ümummilli lider Heydər Əliyevin söylədiyi aforizimlərə, sözlərə gənclərin öz düşüncələrini bildirməkdən ibarət oduğunu vurğulayıb. Sahil Hacıyev deyib ki, prezident İlham Əliyevin fərmanı ilə təşkil olunmuş Gənclər Fondunun bizim tədbirimizə də dəstəyi böyükdür. “Heydər Əliyev-Hər aforizm bir sərlövhə” layihəsi məhz Azərbaycan Prezidenti yanında Gənclər Fondunun V qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş layihələrdəndir” Bakı Dövlət Universitetinin müəllimi, dosent Vüqar Əliyev tədbirin “Əsrin müqaviləsinin” ildönümünə təsadüf etdiyini və bu müqavilənin Heydər Əliyevin iradəsinin nəticəsi olduğunu qeyd edib, belə bir layihənin gənclər üçün əhəmiyyətinin böyük olduğunu vurğulayıb. Sonda tədbirdə qaliblərə mükafatları təqdim edilib. Tədbirə müxtəlif universitetlərdən 70 gənc qatılıb.

Mətbuat və informasiya şöbəsi, 22 sentyabr 2014-cü il.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026