Heydər Əliyevin şərəfinə təşkil olunan Şahmat turniri davam edir

18/04/2009

Aprelin ortalarından universitetin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və dəstəyi ilə start götürən Şahmat turniri ötən illər olduğu kimi bu il də universitetin müəllim və əməkdaşları arasında keçirilir. Həvəskar şahmatçıların yarışında əsas məqsəd idmanın bu növünə kollektiv arasında maraq yaratmaq və onların arasından peşəkarları seçməkdir.
Ötən ilki turnirin qalibləri olan Fikrət Əlizadə, Aqil Hacıyev, Məmmədəli Ramazanlının da qatıldığı yarışda bu il də üç nominasiya üzrə mükafat elan olunub. Üç mərhələdə başa çatacaq Şahmat turniri mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu gün yekunlaşacaq. Qaliblərin mükafatlandırma mərasimində BDU-nun rektoru, akademik Abel Məhərrəmovun, Həmkarlar İttifaqı Konfederasiyasının, Gənclər və İdman Nazirliyinin rəsmilərinin iştirak edəcəyi nəzərdə tutulur.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026