Şəhid əsgərin atası: “Onu “arxeologiya dəlisi” adlandırırdılar”

22/12/2020

Ərazi bütövlüyümüzü hansı şəraitdə, hansı şərtlər, çətinlik və məhdudiyyətlərlə bərpa etdiyimizi, bəlkə də, çoxumuz bilmirik. Əlbəttə, belə də olmalıdır. Amma dəqiq bildiyimiz bir məqam var: indi dadını çıxardığımız zəfəri şəhid və qazilərimizə borcluyuq. O adamlar ki, çoxu ömrünün ən gözəl çağında torpaq uğrunda torpağa qovuşdu. Nə qədər kədərli olsa da, bir o qədər fərəhli və qürurludur.
“Sherg.az”ın müxbiri bu dəfə növbəti şəhidlərimizdən biri Elşən Salayevin atası Fuad bəylə həmsöhbət oldu. Müsahibimiz çətinliklə olsa da, qəhrəman oğlu barədə danışa bildi:
“Elşən 1998-ci il iyunun 8-də Bakı şəhərində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra çox yüksək balla BDU-nun Tarix fakültəsinə qəbul oldu. Özü də ingilis bölməsində oxuyurdu. Ali məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollandı.
Mart ayından etibarən Tərtərdə idi. Oğlum Talış-Suqovuşan istiqamətindəki döyüşlərdə şəhadətə qovuşdu. Oktyabrda itkin düşdüyü barədə məlumatlar var idi. Noyabr 17-də mənə hərbi komissarlıqdan məlum xəbəri verdilər. Səhəri gün dəfn etdik. Görünür, elə oktyabr ayında şəhid olmuşdu.
Tarixi çox sevirdi. Müəllimləri onu “arxeologiya dəlisi” adlandırırdı. Hətta ordu sıralarına yollanmazdan əvvəl müəllimlərindən birinə mesaj yazmışdı: “Ümid edirəm ki, hərbi xidmətdən sonra daha çox qazıntı təcrübəm olacaq.
Ümid edirəm ki, Gürcüstan və ya Türkiyədə yeni layihələrə qoşulacam”. Dostları, yoldaşları haqqında çox yazır, xatirələrini bölüşürlər. Nə deyək, qismət belə imiş”.

https://sherg.az/148302

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026