Hindistanda Azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

11/02/2019

Bakı Dövlət Universtetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədov (İsmayıl bəy Zərdablı) fevralın 11-dən 14-dək Hindistanın Assan bölgəsinin paytaxtı Quvahati şəhərinin Quvahati Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib.  2019-cu il Nəsimi ili olduğu üçün məruzəsində Nəsimi ilə bağlı məsələlərə də toxunub. Onun məruzəsi "XV əsrdə Azərbaycan mədəniyyəti" adlanır.
Konfransın ikinci günü professorun ABŞ-da nəşr olunmuş "Azərbaycanın etnik və siyasi tarixi" (ingilis dilində) adlı kitabının təqdimatı keçirilib. Əsərdə qədimdən bugünə kimi Azərbaycanın etnik və siyasi tarixi təhlil olunub. Kitabda Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olması, eyni zamanda müasir tarixi haqqında da geniş məlumat verilib.
Təqdimat vaxtı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, Xocalı soyqırımı, 20 Yanvar hadisələri barədə də konfrans iştirakçılarına məlumat verilib. Təqdimat mərasimində Universitetin rektoru, departament rəhbəri, Hindstanın alimləri ilə bərabər Almaniya, Şotlandiya, Macarıstan, Rusiya, İran, Nepal, Banqladeş, Türkiyə, Koreya, Norveç və başqa ölkələrin alimləri də iştirak ediblər. Təqdimatın sonunda müəllif çıxış edib, Universitetin rəhbərliyinə və iştirakçılarına təşəkkür bildirib. Professor Universitetin kitabxanasına kitablar hədiyyə edib.

Mətbuat və informasiya şöbəsi, 11 fevral 2019-cu il.


Xəbərlər

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
30/07/2026

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026