Hindistanın İndore Universitetinin professoru Sosial iş kafedrasında olub

18/01/2019

Hindistanın İndore Universitetinin professoru Rita Sonavatı Bakı Dövlət Universitetinin Sosial iş kafedrasında olub və professor-müəllim heyəti ilə görüşüb.

Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev professor Rita Sonavatini salamlayaraq onu kafedrada görməkdən məmnun olduğunu bildirib və qonağa kafedranın fəaliyyət istiqamətləri, uğurları, qarşıda duran vəzifələri haqqında məlumat verib.

Professor Rita Sonavati qayğıya ehtiyacı olan uşaqlarla bağlı sosial iş mövzusunda təlim keçib. O, İndore Universitetininsosial işin tədrisi təcrübəsi, sosial işçilərin karyera perspektivləri, sosial iş ixtisasında oxuyan tələbələrin praktikasının təşkili təcrübəsi, kurrikulum növləri, öyrətmə metodları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və digər mövzularla bağlı məlumat verib.

Professor Rita Sonavatı və Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev sosial iş sahəsində beynəlxalq layihələrdə birgə əməkdaşlıq, eyni zamanda, doktarantlara ikili rəhbərlik, İndore Universitetinin yüksək indeksli elmi jurnallarında Sosial iş kafedrası əməkdaşlarının məqalələrlə çıxış etmələri istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, professor Rita Sonavatı mütəmadi olaraq müxtəlif milli və beynəlxalq seminarlarda iştirak edir. O, verdiyi töhfələrinə görə, Dünya Forumu tərəfindən erkən uşaqlıq təhsili sahəsində “Qlobal Lider” olaraq tanınıb.


Mətbuat və informasiya şöbəsi, 18 yanvar 2019-cu il


Xəbərlər

BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir

BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir
03/04/2026

“Zəfərə gedən yol”

“Zəfərə gedən yol”
03/04/2026

“Aprel döyüşləri böyük Zəfərin baş məşqi idi” – BDU-da tədbir

“Aprel döyüşləri böyük Zəfərin baş məşqi idi” – BDU-da tədbir
03/04/2026