Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib

29/08/2020

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2020-ci il tarixində imzaladığı "Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına uyğun olaraq, Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə onlayn tədbir keçirilib.

Tədbirdə Tarix elmləri namizədi Ələmdar Şahverdiyev, Hüquq fakültəsi TGT-nin sədri Firavan Əlizadə, Tarix fakültəsi THİK-in üzvü Nigar Abbasova çıxış edərək Əhmədiyyə Cəbrayılovun keçdiyi şərəfli və məşəqqətli ömür yolundan söhbət açıblar. Tədbirdə qəhrəmanımızın bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərərək Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu ilə bağlı geniş məlumat verilib. Onun Kursk ətrafında döyüşlərdə göstərdiyi şücaətindən, Fransanın partizan hərəkatındakı fəailliyyətindən danışılıb.

1941-ci ildə müharibənin başlanması ilə könüllü olaraq cəbhəyə gedən, Fransa Müqavimət hərəkatında fəal iştirak edən Ə.Cəbrayılovun əsir düşməsi, əsirlikdən necə azad olması, çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz qəhrəmanlıqları onlayn təbir iştirakçılarının böyük marağına səbəb olub.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026