“Holberton School Azerbaijan” BDU-da təqdimat edib

27/10/2025

Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Süni intellekt dövründə proqramlaşdırmanın rolu və gələcək perspektivləri” mövzusunda tədbir keçirilib. Görüşdə “Holberton School Azerbaijan”ın nümayəndələri tələbələrə kursların məzmunu, beynəlxalq tədris modeli və təqdim olunan təqaüd imkanları barədə təqdimat ediblər.

Müzakirələr zamanı süni intellekt, veb inkişaf, data elmi, kibertəhlükəsizlik, proqramlaşdırmanın əsasları və layihə əsaslı öyrənmə kimi mühüm istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tələbələr “Holberton School”un 100% təqaüd proqramı, qlobal karyera imkanları və müasir proqramlaşdırma tədrisi modelləri barədə ətraflı məlumat əldə ediblər.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026