BDU-da “Ulu Öndər Heydər Əliyev hüquqi islahatların banisidir” mövzusunda konfrans

08/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev hüquqi islahatların banisidir” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri var. Onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç zaman tükənməyəcək. Məhz Ulu Öndərin hüquqi islahatları çərçivəsində konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyətinin yaradılması hüquq elminin inkişafında dönüş nöqtəsi yaradıb. Ümummilli Liderin başladığı səmərəli hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu təhsil, elm, mədəniyyət, sosial siyasət, Azərbaycanın dünyada tanıdılması istiqamətlərində önəmli işlər həyata keçirir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxışında Ulu Öndərin məhkəmə-hüquq islahatlarının respublikamızın müasir və demokratik əsaslarla inkişafında mühüm rolunu vurğulayıb.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Ulu Öndərin Azərbaycanın dünyaya tanıdılmasını, respublikanın milli maraqlarının beynəlxalq aləmdə qorunmasını rəhbər tutan xarici siyasəti haqqında ətraflı məlumat verib və 10 ilə yaxın dövr ərzində Ümummilli Liderin rəhbərliyi altında çalışdığını qürur hissi ilə bildirib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ulu Öndərin Azərbaycan vəkilliyinin formalaşması və inkişafında əvəzsiz rolundan bəhs edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Ulu Öndərin sosial siyasətinin əsas istiqamətlərindən danışıb, sosial inkişafın statistik göstəricilərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov ölkədə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun rolu, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli prokurorluq sisteminin inkişafında Ulu Öndərin misilsiz xidmətləri haqqında çıxış ediblər.  
Konfransın sonunda Ulu Öndərə həsr edilmiş film nümayiş etdirilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024