Hüquq fakültəsi çempion oldu

04/05/2013

Bu gün Bakı Dövlət Universitetinin idman meydançasında ümummilli lider Heydər Əliyevin   90 illlik həsr olunmuş idman yarışlarının qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bu günün universitet həyatında əlamətdar olduğunu bildirib. Deyib ki, artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif  idman yarışları üzrə turnirlər və futbol yarışları keçirilir.  Futbol yarışlarında universitetin 17 fakültəsi təmsil olunmuşdu.

Ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri hüquq,  ikinci yeri tarixçi tələbələr, üçüncü yeri isə Coğrafiya,  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin komandaları  qazanıblar.  Tədbir konsert proqramı ilə davam edib.

Mətbuat və İnformasiya şöbəsi, 04 may, 2013-ci il.




Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026