Hüquq fakültəsində "Milli Qəhrəmanlarımız - Mübariz İbrahimov" adlı disput keçirilib

27/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Milli Qəhrəmanlarımız - Mübariz İbrahimov" adlı onlayn disput keçirilib.

Fakültənin dekan Əmir Əliyev tədbiri giriş sözü ilə açaraq Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı tarixi qələbələr münasibətilə iştirakçıları təbrik edib. Vətən Müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayıb, Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib. Keçirilən tədbirin əhəmiyyətindən söz açan Ə.Əliyev Milli Qəhərəmanlarımızın daim qəlbimizdə yaşayacağını, onların xatirəsinin daim əziz tutulacağını qeyd edib.

Dekan müavinləri Aytəkin İbrahimova, Cabir Quliyev, Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, fakültənin müəllimləri - Səkinəxanım Rzayeva, Əsmər Əliyeva, Samirə Eyvazova və BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ən yeni tariximizdə baş verən hadisələr haqqında, bu hadisələrdə beynəlxalq hüquq normalarına zidd əməllərin, cinayətlərin törədilməsi, bu cür əməllərə görə məsuliyyət məsələləri, həmçinin informasiya müharibəsində görülən işlər barədə məlumat veriblər. 30 ilə yaxın davam edən Qarabağ münaqişəsində ölkəmizin şanlı zəfəri münasibəti ilə tədbir iştirakçıları Ali Baş Komandanımıza, ordumuza minnətdarlığını bildirərək xalqımızı, dünya azərbaycanlılarını təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyiblər.

Tədbir fakültənin tələbələri Cavid Mirzəzadə, Fidan Əhmədli, Fəridə Abıyevanın çıxışları ilə davam edib.

Sonda fakültə TGT sədri Firavan Əlizadə tələbələr arasında keçirilmiş "Qarabağ Azərbaycandır!" adlı esse müsabiqəsinin nəticələrini elan edib. Müsabiqənin nəticələrinə görə, Nihad Musayev 1-ci, Nigar Nuriyeva, Nərmin Həsənova, Xanım Quliyeva 2-ci, Cəmalə Qədimova, Sərgül Məmmədova,  Aydan Əhmədova və Rüfət İsmayılov isə 3-cü yerə layiq görülüblər.


Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024