Hüquq fakültəsində Beynəlxalq insan hüquqları gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib

11/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Beynəlxalq insan hüquqları gününə həsr edilmiş onlayn elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan rektor Elçin Babayev iştirakçıları Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbələr münasibətilə təbrik edib.

Sonra Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Rektor Ulu Öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan təcrübəsi üçün uzaqgörən addımlar atdığı, insan və vətəndaş hüquqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etməsinə diqqəti çəkib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən bəhs edən E.Babayev əlavə edib ki, BDU-nun Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin edib.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Allahverən İsmayılov çıxışında tarixən insan hüquqları və azadlıqları ilə bağlı vəziyyəti təhlil edərək hazırda bu sahədə həyata keçirilən tədbirlərin önəmini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyamız qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub, ölkədə insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mütəmadi olaraq zəruri tədbirlər görülüb.

Daha sonra BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, DİN-in Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki Hikmət Eyvazov, Azərbaycan Respublikası Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı, DİN-in Polis Akademiyasının Dövlət və hüquq nəzəriyyəsi kafedrasının rəisi, polis polkovniki Ceyhun Süleymanovun mövzu ilə bağlı çıxışları dinlənilib. BDU-nun Hüquq fakültəsinin 2-ci kurs magistrantı Əkbər Əliyev “İnsan hüquqları və informasiya kommunikasiya texnologiyaları”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantı Orxan İbayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ silahlı münaqişəsində beynəlxalq humanitar hüquq normlarının pozulması, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin hüquqlarının təminatı məsələləri”, Polis Akademiyasının III kurs kursantı Muhəmməd Nəsibli “İnsan hüquqları standartlarının daxili işlər orqanlarının fəaliyyətində səmərəli təminatı”, BDU Hüquq fakültəsi 2-ci kurs tələbəsi Lamiyə Quliyeva “İnsan hüquqları müdafisənində regional mexanizmlər”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantı Rəşad Süleymanov “Köləliyə qarşı mübarizə və insan hüquqları”, Polis Akademiyasının V kurs kursantı Nilgül Ceyidli “Qadın polis əməkdaşlarının əmək hüquqlarının təmin edilməsinin aktual məsələləri”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantı Ülvi Hüseynli “Kiberfəzada cinayətkarlıqla mübarizə kontekstində insan hüquqları”, BDU-nun Hüquq fakültəsinin 2-ci kurs tələbəsi Vəfa Xurşudova “Qadın hüquqlarının müdafiəsinin aktual problemləri” mövzusunda təqdimatla çıxış ediblər.

Çıxışlarda İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi, demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət, insan hüquq və azadlıqlarının pozulması halları, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində mövcud olan qanunvericilik aktları, insah hüquqları sahəsində beynəlxalq standartlar, qadın hüquq və azadlıqları, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya, azadlıq və toxunulmazlıq hüququ, şəxsi həyata və ailə həyatına hörmət hüququ kimi məsələlər haqqında ətraflı məlumat verilib.

Konfransın moderatoru Hüquq fakültəsinin dekanı Əmir Əliyev son illər Hüquq fakültəsində nəşr olunan nüfuzlu elmi jurnalların sayının daha da artması, o cümlədən elmi müstəvidə əldə edilən uğurlardan bəhs edərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraklarına görə təşəkkür edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024