Hüquq fakültəsində birinci kurs tələbələri ilə onlayn görüş keçirilib

04/11/2020

2020-ci il 2 noyabr tarixində Bakı Dövlət Universitetində (BDU) Hüquq fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş kecirilmişdir. Görüşdə Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.

Virtual görüşdə fakültə dekanı, professor Əmir Əliyev tələbə adını qazanmış gəncləri təbrik edərək fakültə haqqında onlara ətraflı məlumat verib. Dekan bildirib ki, ölkənin flaqman elm ocağı olan BDU-da keyfiyyətli təhsil üçün müasir infrastruktur mövcuddur və tədris prosesində müasir kommunikasiya texnologiyalarının verdiyi imkanlardan geniş istifadə olunur. 2020/2021-ci tədris ildən BDU qəbul olan 15 prezident təqüdçüsün hamısının Hüquq fakültəsinə qəbul olunduqlarını iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

Tələbələrə həmçinin dərs cədvəli, qiymətləndirmə mühazirə, məşğələ dərsləri ilə bağlı əsas anlayışlar izah olunub.

Microsoft Teams Platforması vasitəsi ilə baş tutan görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026