Hüquq fakültəsində Parlament debatı

13/12/2019

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin III kurs SABAH qrupunda təhsil alan tələbələr tərəfindən səhnələşdirilmiş parlament debatı təşkil olunub.

Rol oyunları metodundan istifadə edilməklə hazırlanmış parlament debatı “Çoxuşaqlı ailələrə dövlət qayğısı haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı  olub.

Sosial təminat hüququ fənnini tədris edən professor Mayis Əliyevin təşkil etdiyi parlament müzakirəsində bütün tələbələr fəal iştirak edərək qanun layihəsinə fərqli və obyektiv münasibətlərini bildiriblər. Tələbələrdən İsmayıl İsayev, Namiq Ağayev, Əfsanə Rəsulova, Nərmin Hacızadə, Səmid İbrahimov, Mirseymur Mövsümov, Osman Süleymanlı və digərləri rolları məharətlə ifa ediblər. Sonda parlament debatı metodunun hüquq fənlərinin tədrisi prosesində tətbiqi məsələsi geniş müzakirə edilib və həmin metodun tətbiqinin əhəmiyyəti vurğulanıb.


 

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026