Hüquq fakültəsinin dekanı Fransada Beynəlxalq məhkəmə proqramında iştirak edib

24/12/2019

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev 9-20 dekabr 2019-cu il tarixlərində Fransanın Paris şəhərində yerləşən Milli Administrasiya Məktəbində (ingilis dilində: National School of Administration; fransız dilində: École Nationale d’Administration) keçirilmiş “Local authorities, smart cities and open government” adlı Beynəlxalq məhkəmə proqramında iştirak edib. Fransanın Milli Administrasiya Məktəbinin təşkilatçılığı ilə baş tutan proqramda dünyanın 20 dövlətindən 37 nəfər hüquqşünas iştirak edib. Mühazirələri Fransanın tanınmış alimləri və dövlət nümayəndələri təqdim edib.

Qarşılıqlı dialoq və müzakirə şəklində, o cümlədən müxtəlif məsələlərin həlli yollarının araşdırılması formasında keçirilən Beynəlxalq məhkəmə proqramında əsas məsələ bu sahədə dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsi olub.

Professor Əmir Əliyev proqramın sonunda təşkil olunmuş qruplardan birinin nümayəndəsi kimi “Transport – Challenge of our daily life” mövzusunda tədqimatla çıxış edib və Milli Administrasiya Məktəbinin müvafiq sertifikatına layiq görülüb.

Hüquq təhsili üçün olduqca aktual olan Proqramda nəzərdə tutulan və konstitusiya hüququ, bələdiyyə hüququ, insan hüquqları, inzibati hüquq, informasiya hüququ, beynəlxalq hüquq sahələri ilə bağlı olan məsələlər Hüquq fakültəsində elmi araşdırmaların, hüquqi yardım təcrübəsinin və müvafiq hüquq sahələrinin inkişafı üçün olduqca zəruridir.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026