Hüquq və Coğrafiya fakültələrinin tələbələri ilə görüş

27/09/2019

BDU-nun rektoru Elçin Babayev Hüquq və Coğrafiya fakültələrinin birinci kurs tələbələri ilə görüşüb.

Universitetin tarixi, fəaliyyət istiqamətləri, tədris və elmi fəaliyyəti, sosial həyatı ilə bağlı məlumat verilən görüşdə rektor Elçin Babayev universitetin yeni inkişaf mərhələsindən danışıb, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsinin əsas hədəf kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Tədrisin keyfiyyətinin daha da gücləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat verən rektor, bəzi auditoriya və konfrans zallarının, laboratoriya və dəhlizlərin, o cümlədən yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini diqqətə çatdırıb.

Tələbələrə imtahan sessiyası, onun təşkili və keçirilmə formaları haqqında məlumat verən rektor bildirib ki, istək və arzuları, təklif və problemləri olacağı təqdirdə Əsas tədris binasında qoyulmuş xüsusi qutu və universitetin rəsmi bsu.edu.az saytının “Tələbədən rektora” bölməsi vasitəsilə yazılı müraciət edə bilərlər.

Sonda rektor nümunəvi tələbə, yaxşı vətəndaş olaraq ölkənin, universitetin, ailənin və dostların etimadını doğrultmaq, milli-mənəvi dəyərlərə ehtiramla yanaşmaq, universitet təəssübkeşi olmaq, onun şərəfini və heysiyyatını qorumaq istiqamətində bəzi tövsiyə və məsləhətlərini verib.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026