“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

17/07/2025

Bakı Dövlət Universiteti ilə “Huawei” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində Universitetdə “Smart Campus” və “Smart Classroom” rəqəmsal həlləri üzrə təqdimat və müzakirə sessiyası keçirilib.

Tədbir “Huawei” İKT Akademiyasının təşəbbüsü çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması məqsədi daşıyıb.

Təqdimatda BDU-nun İnformasiya Təminatı Mərkəzi, Tədrisin Təşkili və İdarəolunması Mərkəzi və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşları iştirak ediblər.

“Huawei” şirkətinin texniki komandası tərəfindən Universitet mühitinə inteqrasiya edilə biləcək müasir rəqəmsal təhsil və idarəetmə sistemləri barədə geniş informasiya təqdim olunub.

Görüş çərçivəsində Universitetin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, “Huawei” ilə birgə həyata keçirilə biləcək təlim və inkişaf proqramları, texnologiyaların tətbiqi və texniki əməkdaşlıq sahəsində mümkün tərəfdaşlıq istiqamətləri müzakirə olunub.

BDU rəqəmsal təhsilin inkişafı və texnoloji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 

 

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026