Humanitar fakültələr üzrə rus dili kafedrası BDU-nun 100 illiyi münasibətilə tədbir keçirib

07/05/2019

7 may 2019-cu il tarixində Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə rus dili kafedrasının təşkilatçılığı ilə universitetin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Humanitar fakültələrin birinci kurslarında təhsil alan tələbələr universitetin görkəmli pedaqoqları və məzunları haqqında məlumat verib, filologiya fakültəsinin tanınmış şair-məzunlarının şeirlərini səsləndirib, bədii əsərlərdən səhnəciklər göstərib, musiqi nömrələri ilə çıxış ediblər. Universitetin hazırlıq fakültəsində təhsil alan Çin, Türkiyə, Serbiya və Türkmənistandan olan tələbələrin çıxışları maraqla qarşılanıb.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, kafedra müdirləri və qonaqlar iştirak ediblər.

Tədbirin hazırlanmasında Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri Ədibə Paşayeva başda olmaqla, kafedranın bütün əməkdaşları fəal iştirak ediblər.

 

Mətbuat və informasiya şöbəsi, 07 may 2019-cu il.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026