BDU-nun Hüquq fakültəsində ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

25/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin (ELSA Azərbaycan) təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimdən əvvəl Milli Məclisin deputatı Kamal Cəfərov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev və ELSA Azərbaycan təşkilatının Milli İdarə Heyətinin iştirakı ilə görüş keçirilib. İclasda Hüquq fakültəsi ilə ELSA Azərbaycan arasında mövcud olan əlaqələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təqdimat mərasimində Kamal Cəfərov və Zaur Əliyev çıxış edərək ELSA Azərbaycan təşkilatının fəaliyyəti haqqında fikirlərini bildiriblər.

Qeyd olunub ki, hazırda Azərbaycanın müasir, müstəqil düşüncəli, dövlət siyasətinə sadiq, peşəkar, gənc hüquqşünaslara, kadrlara ehtiyacı var. Avropanın 44 ölkəsindən 350-dən çox şəhər və universiteti, həmçinin 60 mindən çox gənci sıralarında birləşdirən ELSA dünya üzrə hüquq təhsili alan gənclərin və tələbələrin ən böyük təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə qoyulub. Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis olunub.

Daha sonra isə ELSA Azərbaycan-ın 8 nəfərdən ibarət Milli İdarə Heyəti tərəfindən təşkilat və onun həyata keçirdiyi layihələr barədə tələbələrə ətraflı məlumat verilib.


Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026