II Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan olunub

27/03/2017

Elmin İnkişafı Fondu 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli sazişin müddəalarını nəzərə almaqla II Azərbaycan-Belarus dördtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib.

Müsabiqə Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər dörd tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi xarakterli və 100 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək. Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 16-dan mayın 15-i saat 17:00-dək təqdim olunmalıdır. Nəticələrin Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsinin məcburi dövlət ekspertizasının bitmə tarixindən asılı olaraq 2017-ci ilin sentyabr ayında açıqlanması planlaşdırılır.

Müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilə bilər. Qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə seminarların keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat və müsabiqənin keçirilməsi qaydaları ilə ətraflı olaraq Fondun İnternet səhifəsindən (http://sdf.gov.az) tanış olmaq olar.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024