II Məktəblilərarası Astronomiya Olimpiadasının qalibləri elan olunub

29/04/2022

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadasının qalibləri elan edilib.

Olimpiada Bakı Dövlət Universiteti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutu və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsinin təşkilatçılığı ilə Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçirilib.

Təşkilat Komitəsinin qərarına əsasən, maksimal qiymətin 90%-ni toplamış iştirakçılar 1-ci yerə, 80%-ni toplamış iştirakçılar 2-ci yerə, 70%-ni toplamış iştirakçılar isə 3-cü yerə layiq görülüblər.

Seçilmiş şagirdlər avqust ayında Gürcüstanda keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqlar.

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən olimpiadanın məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi və qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıqlara cəlb olunmasıdır.

Qaliblərin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://docs.google.com/spreadsheets/d/1BpF_K78YUjuzd3zZiL9G3x-KpLlDx8L5B00TfbehKCY/edit#gid=0

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026