Çin dili müsabiqəsinin qalibləri mükafatlandırılıb

10/12/2018

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çin dili üzrə bu il ikinci dəfə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

Müsabiqənin əsas məqsədi Çin dilinə maraq və sevgini artırmaq, başlanğıc səviyyədən daha yüksək nəticələr əldə etmək üçün bu dildə ünsiyyət yaratmaq olub.

Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Luo Syaodji və müəllimi Zhin Zhin, BDU-nun şərqşünaslıq fakültəsinin müəllimləri Djan Min və U Hoy müsabiqənin münsiflər heyətində təmsil olunublar.

Müsabiqə elanı verilən andan etibarən təşkilatçılara Konfutsi İnstitutunun tələbələrindən, həmçinin Bakıda yerləşən digər filialların tələbələrindən çoxlu sayda müraciətlər gəlib. Son nəticədə 24 iştirakçı seçilib. Müsabiqə üç mərhələdən ibarət olub. İlk iki mərhələdə iştirakçılar komanda şəklində, üçüncü mərhələdə isə fərdi olaraq çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Gövhər Zeynalova müsabiqənin qalibi seçilib.

Müsabiqədən sonra qalib Gövhər Zeynalova və aparıcı Afət Məmmədova Çin dili öyrənmək təcrübələrini iştirakçılarla bölüşüblər.

Luo Syaodji çıxışında bildirib ki, müsabiqənin iştirakçıları Çin dili bacarıqlarını yüksək səviyyədə nümayiş etdiriblər. O, iştirakçılara gələcəkdə bu sahədə böyük uğurlar arzulayıb.

Sonda əlaçılara mükafatlar təqdim olunub.

 

Mətbuat və informasiya şöbəsi, 10 dekabr 2018-ci il.

Xəbərlər

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026