Çin səfirliyi BDU-nun Elmi Kitabxanasına 248 kitab hədiyyə edib
15/04/2021
Çin və Azərbaycan arasındakı diplomatik əlaqələrin 29-cu ildönümü və 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Çin Xalq Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Qo Min Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına 214 adda 248 nüsxə kitab hədiyyə edib. Universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun vasitəçiliyi ilə təqdim edilən bu kitablar Çinin tarix, fəlsəfə, elm, siyasət, texnika, iqtisadiyyat və mədəniyyət sahələrindən bəhs edir. Ölkələrarası mədəni əlaqələrin genişlənməsi və möhkəmlənməsi məqsədilə oxuculara təqdim edilən kitablarda Qədim Şərqin zəngin mədəniyyət və tarixi, eləcə də müasir Çinin əsas inkişaf ənənələri əks olunub.
Xəbərlər
BDU-da ilk dərs günündən 107 il ötür
BDU-da ilk dərs günündən 107 il ötür
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
